Kişi arvadını öldürmək üçün təyyarəni öz evinə çırpdı VİDEO


Dünya 24 Mar 2019 18:36:00 253 0

Kişi arvadını öldürmək üçün təyyarəni öz evinə çırpdı  VİDEO

Botsvanalı kişi həyat yoldaşı ilə mübahisədən sonra təyyarəni öz evinə çırpıb.

Son.az Trend-ə istinadən bildirir ki, kişinin məqsədi həyat yoldaşını öldürmək olub.

"Eyewitness News" portalının məlumatına əsasən, mübahisə dünyaya gələcək uşağa həsr olunmuş yığıncaq zamanı baş verib. Mənbələrin məlumatına görə, kişi yoldaşı ilə kobud rəftar etdiyinə görə qonaqlar ondan yığıncağı tərk etməyi tələb ediblər. Yığıncağı tərk etdikdən sonra isə o, təyyarəni öz evinə çırpıb.