İndoneziyada ilk metro xətti açıldı


Dünya 24 Mar 2019 18:05:00 220 0

İndoneziyada ilk metro xətti açıldı

İndoneziyada ölkənin ilk metropoliten xətti istifadəyə verilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, prezident Coko Vidodo paytaxt Cakartada xəttin açılışını edib. Onun sözlərinə görə, metro xətti paytaxtla əhalinin sıx məskunlaşdığı cənub bölgələrində nəqliyyatdan istifadəni asanlaşdıracaq.

İlk həftə insanlar metrodan pulsuz istifadə edəcək, daha sonra isə gediş haqqı 70 sent (təxminən 1.20 AZN) olacaq.