Berluskoninin eyşişrət məclislərini ifşa edən qadının


Dünya 24 Mar 2019 16:39:00 207 0

Berluskoninin eyşişrət məclislərini ifşa edən qadının

Fas əsilli model İmane Fadil İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin seksual xarakterli əyləncələr təşkil etməsi ilə bağlı məhkəmədə çıxış etmişdi. Bir müddət sonra şiddətli qarın ağrısı ilə xəstəxanaya yerləşdirilən gənc model orada dünyasını dəyişib.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Milan məhkəməsi modelin ölümü ilə bağlı cinayət şübhəsinin ola biləcəyi ehtimalına qarşılıq olaraq yeni bir araşdırma başladıb.

34 yaşlı model "bunga bunga" adlı bu əyləncələrə özünün də dəvət edildiyini iddia etmişdi. Hətta bununla bağlı bir kitab nəşr etməyə də hazırlaşırdı.

Xəstəxanaya yerləşdirildiyi müddətdə o yaxınlarına zəhərlənmə ehtimalının ola biləcəyini bildirmişdi. Gənc model ölmədən əvvəl jurnalistlərə verdiyi müsahibədə Berluskoninin evində təşkil edilən əyləncələrlə bağlı "Bu əyləncələr bir növ onlarla qadının qatıldığı təriqət kimi idi" sözlərini ifadə etmişdi.