Yeni Zelandiya terrorunun qurbanlarına sayğı göstərən qadın polis dünya gündəmində... FOTO


Dünya 24 Mar 2019 15:06:00 270 0

Yeni Zelandiya terrorunun qurbanlarına sayğı göstərən qadın polis dünya gündəmində...  FOTO

Ötən həftə Yeni Zelandiyada məsciddə törədilmiş terror aktı barədə xəbər vermişdik.

Son.az musavat.com xəbər verir ki, dünən Kraystçörç şəhərində terror zamanı ölənlərin cənazələrinin dəfn edilməsi və anma mərasimi keçirilib.

Mərasimə minlərlə insan qatılıb. Orada iştirak edən mətbuat işçilərinin diqqətini məzarlığın girişindəki bir qadın polis çəkib.

Belə ki, məzarlığın girişində dayanan qadın polis başına şal atıb və yaxasına da qızıl gül taxıb. O, bununla ölənlərin ruhuna ehtiram göstərib.

İş başında olan və əlində avtomat ilə məzarlıqda dayanan bir polisin bu hərəkəti hər kəsin diqqətini çəkib. Həmin qadın polisin adı isə Mişel Avansdır.


Xəbərə aid fotolar