Qardaşının evindən 2 min manatlıq qızıl oğurladı


Digərləri 23 Mar 2019 23:03:00 193 0

Qardaşının evindən 2 min manatlıq qızıl oğurladı

Zərdabda bir evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, Zərdab rayon sakini olan bir qadın rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən qızıl əşyalarının oğurlandığını bildirib.

Məlumatla əlaqədar Zərdab RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Azad İsmayılzadə saxlanılıb. Araşdırmalarla onun 9850 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.