41 ilə sığan sevinc və kədərin hekayəsi


Şou-biznes 23 Mar 2019 22:42:00 221 0

41 ilə sığan sevinc və kədərin hekayəsi

Xəbər verdiyimiz kimi, Azərbaycanın məşhur meyxana ustadı Aydın Xırdalanlı 41 yaşında ağır sürən qaraciyər serrozundan dünyasını dəyişib.

Onun həyat və yaradıcılıq yolu barədə danışmaq istəyirik.

Son.az oxu.az-a istinadən bildirir ki,  Aydın Quliyev 1977-ci ildə Abşeronun Xırdalan şəhərində dünyaya gəlib. Doğulduğu Xırdalan şəhərinin adını təxəllüs seçərək, meyxana sənətində bu soyadla məşhurlaşıb.

Onun sənət yolu 1995-ci ildən başlayır. Aydın 2001-ci ildə ANS telekanalında reytinqləri alt-üst edən "De, gəlsin" yarışmasının qalibi olub.

Aydın Xırdalanlının bu müsabiqədə iştirakı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Aydının sözügedən müsabiqədə səsləndirdiyi "Vətən işğalı", el arasında "Qarabağ" kimi tanınan meyxanası  dillər əzbərinə çevrilib.

Bu yarışma Aydın Xırdalanlının karyerasında böyük tramplin rolunu oynayıb.

Alkoqol və narkotikdən asılı vəziyyətə düşən Aydın sağlamlığı ilə bağlı ciddı problemlərlə üzləşib.

2012-ci ilin mart ayında meyxanaçı sərxoş halda idarə etdiyi "Nissan-Murano" markalı avtomobillə Xətai rayonu ərazisində, AMAY Ticarət Mərkəzinin qarşısında qəza törətmişdi.

Meyxanaçı hadisə yerində olan vətəndaşların köməyi ilə avtomobildən çıxarılaraq, Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinə aparılmışdı.

2017-ci ildə meyxanaçının sosial şəbəkədə yayılan  şok fotosu isə izləyiciləri kədərə boğub. Köhnə Aydından əsər-əlamət belə qalmamışdı. Həddən artıq arıqlamış və dişləri tökülmüşdü.