Parisdə 51 etirazçı saxlanılıb


Dünya 23 Mar 2019 20:44:00 209 0

Parisdə 51 etirazçı saxlanılıb

Fransanın paytaxtı Parisdə etiraz aksiyaları zamanı 51 nəfər saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "BFMTV" telekanalı xəbər verir.

Məlumata əsasən, polislər tərəfindən yoxlanılan etiraz aksiyası iştirakçılarının sayı 4,6 minə çatıb. Bundan əlavə, 29 nəfər polis tərəfindən cərimələnib. Onların arasında "sarı jiletlər" hərəkatının liderlərindən biri Erik Drue də var.