İŞİDin sonu çatdı


Dünya 23 Mar 2019 20:01:00 302 0

İŞİDin sonu çatdı

ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDQ) özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanı məğub etdiyini bəyan edib.

SDQ döyüşçüləri İD qruplaşmasının son dayağı sayılan Bağuzda öz bayraqlarının yüksəldib.

Ən güclü olduğu dövrdə Suriyadan İraqa qədər 88 min kvadrat kilometr ərazi İD-in nəzarəti altında olub.

Ərazisinin itirilməsinə baxmayaraq, qruplaşma qlobal təhlükəsizliyə hələ də ciddi problemlər yaratmaq potensialına malik olduğu düşünülür.

İD-in hələ də bölgədə olduğu düşünülür və Niger, Yəmən, Əfqanıstan və Filippin kimi digər ölkələrdə qruplaşmaya bağlılığı olan qruplar mövcuddur.

Son döyüşlərdə nə baş verdi?

Kürd qüvvələrinin idarəçiliyi altında olan və ABŞ-ın dəstəklədiyi SDQ alyansı İD-ə qarşı son hücumunu martın əvvəlində başlayıb.

Onların hədəfi İD qüvvələrinin şərqi Suriyadaki Bağuz kəndindəki son dayağı olub.

SDQ alyansı kənddə böyük sayda dinc əhalinin hələ də olduğunu öyrəndikdə hücumunu yavaşlamağa məcbur qalıb.

Xarici vətəndaşlar daxil olmaqla minlərlə qadın və uşaq döyüş zonalarından uzaqlaşaraq SDQ-nin nəzarəti altında olan məcburi köçkün düşərgələrində məskinlaşıb.

Bir çox İD döyüşçüləri də Bağuzu tərk edib, lakin kənddə qalan döyüşçülər şiddətlə döyüşərək avtomobil və intihar bombalarından istifadə ediblər.