Nəsiminin yubileyi ilə bağlı keçirilən rəsm müsabiqəsinin vaxtı uzadılıb


Digərləri 23 Mar 2019 18:55:00 170 0

Nəsiminin yubileyi ilə bağlı keçirilən rəsm müsabiqəsinin vaxtı uzadılıb

“Məndə sığar iki cahan...” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Bakı. Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən “Məndə sığar iki cahan” adlı rəsm müsabiqəsinin müddəti mayın 1-dək uzadılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, Nəsimi yaradıcılığına həsr olunmuş rəsm əsərlərinin hazırlanması üçün vaxt baxımından daha geniş imkanın yaradılması barədə təkliflər nəzərə alınmaqla müsabiqə müddətinin uzadılması qərara alınıb.