Ermənistanda hərbi hissədə qiyam


Dünya 23 Mar 2019 18:18:00 204 0

Ermənistanda hərbi hissədə qiyam

Ermənistan Müdafiə Nazirliyinin Mehri şəhərində yerləşən hərbi hissəsində əsgərlər üsyan təşkil ediblər.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, üsyana səbəb əsgərlərin bir zabitin davranış qaydasından narazı qalmaları olub.

Nəticədə bir neçə əsgər əvvəlcə hərbi hissəni tərk etsə də, sonradan geri qayıdıb. İnsidentin qarşısının alınmasından sonra 20 hərbçi cəzalandırılaraq əvvəlcə Qafan hərbi polisinə təhvil verilib, oradan isə xidmət üçün Dağlıq Qarabağa göndərilib.