Bayramda cənub bölgəsində süfrəni bu təamsız təsəvvür etmək olmaz


Digərləri 23 Mar 2019 17:36:00 205 0

Bayramda cənub bölgəsində süfrəni bu təamsız təsəvvür etmək olmaz

Ləvəngi deyəndə, ilk ağıla gələn cənub bölgəsi olur. Xüsusən də bayramlarda cənub bölgəsində açılan süfrələrin başlıca təamı elə ləvəngidir. Təndirdə bişən ləvənginin isə dadı tamam başqadır.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, cənub mətbəxinin zəngin olması heç kəsə sirr deyil. 

Novruz bayramında lənkəranlıların süfrəsini ləvəngisiz təsəvvür etmək olmaz. Ləvəngi sözünün ilkin mənası "içi doldurulmuş" deməkdir. Ləvəngi əsasən qoz, soğan və alça turşusundan ibarət qiymədir. Bu içliyə zövqə görə duz, istiot, sumax, hətta şəkər tozu vuranlar da var. Lənkəranda demək olar ki, hər evdə toyuq və ya balıq ləvəngisini bişirməyi bacarırlar. 

Ləvənginin daha dadlı hazırlanma qaydasını bilən Fəridə xanım mətbəx sirrini bizimlə bölüşüb.