Alman polisi terakt hazırlamaqda şübhəli bilinən 11 nəfəri saxladı


Dünya 23 Mar 2019 16:12:00 235 0

Alman polisi terakt hazırlamaqda şübhəli bilinən 11 nəfəri saxladı

Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıb.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, hüquq-mühafizə orqanları Almaniyanın Hessen və Reynland-Pfalts federal torpaqlarında reydlər təşkil edib. Nəticədə 11 nəfər saxlanılıb.

Saxlanılan şübhəli şəxslərdən üçünün avtomobil və odlu silahla terror aktı hazırladıqları bildirilib.