Ərdoğan Trampa meydan oxuyur “Deyli Ekspress”


Dünya 23 Mar 2019 15:06:00 200 0

Ərdoğan Trampa meydan oxuyur  “Deyli Ekspress”

İngiltərənin "Deyli Ekspress" qəzetində dərc edilən məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Tramp hakimiyyətinə açıq şəkildə meydan oxuduğu və S-400 müdafiə sistemini almaq niyyətində olduğu bildirilib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, məqalədə rus müdafiə sistemlərinin alınmasının Türkiyə üçün sanksiya və s. ciddi problemlərlə nəticələnəcəyi ilə bağlı xəbərdarlıqların Ərdoğanı dayandıra bilmədiyi qeyd edilib.

Məqalədə Vaşinqtonun Ankaranı F-35-lə təhdid etdiyi, Ağ Ev administrasiyasının təzyiqləri artırmasına baxmayaraq, Ankaranın indidən rus müdafiə sistemini saxlamaq üçün hərbi baza seçdiyi xüsusi vurğulanıb.