Zurabişvili azərbaycanlılarla rus dilində danışmaqdan imtina etdi


Dünya 23 Mar 2019 13:59:00 240 0

Zurabişvili azərbaycanlılarla rus dilində danışmaqdan imtina etdi

Gürcüstan prezidenti Salome Zurabişvili azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli bölgəsinə səfəri zamanı bəyan edib ki, ölkədə yaşayan müxtəlif milliyyətlərin nümayəndələrini bir dil birləşdirməlidir, lakin bu, rus dili olmamalıdır. 

Son.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Zurabişvili Qardabani rayonunda əhali görüş zamanı deyib. 

O, Gürcüstanın ayrı-ayrı dini mənsubiyyəti olan insanların dinc yaşadığı yer olmasından fəxr etdiyini, bunu dünyanın müxtəlif ölkələrində qürurla bəyan etdiyini bildirib.