Çıraqqalada bərpa işləri nə vaxt başlayacaq? (ÖZƏL)


Digərləri 23 Mar 2019 07:20:50 240 0

Çıraqqalada bərpa işləri nə vaxt başlayacaq? (ÖZƏL)

Çıraqqalada bərpa işləri nə vaxt başlayacaq?

Bakı. Ceyhun Ələkbərov - Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid Çıraqqala abidəsində bərpa işlərinə may-iyun aylarında başlanılacaq. Bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib. Onun sözlərinə görə, qalanın bərpa-konservasiya işləri ilə bağlı sənədlər hazırdır: "Bildiyiniz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən ölkənin ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işlərinə 2 milyon manat ayrıldı. Bərpa-konservasiya işləri ilə bağlı sənədlər, layihə-smeta hazırdır və ekspertizadan keçib. May ayının sonları, iyun ayının əvvəlində işlərə start veriləcək".