Saakaşvilinin həyat yoldaşı namizədliyini verdi


Dünya 22 Mar 2019 18:14:00 210 0

Saakaşvilinin həyat yoldaşı namizədliyini verdi

Gürcüstanın "Güc birlikdədir" siyasi birliyi keçmiş prezident Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Rulofsun Zuqdidi şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürüb.

Son.az Telegraf.com-a istinadən bildirir ki, bu barədə qərar bu gün birləşmiş müxalifətin toplantısında qəbul olunub.

S.Rulofs 2016-cı ildə Zuqdidi şəhərindən majoritar deputat qismində parlament seçkilərində iştirak edib. O, seçkilərin ikinci turunda iştirakdan imtina etmişdi.