“Çukur”un final seriyası nə vaxt yayımlanacaq?


Digərləri 22 Mar 2019 17:49:00 273 0

“Çukur”un final seriyası nə vaxt yayımlanacaq?

"Çukur" serialında Aliço obrazını canlandıran aktyor Rıza Kocaoğlunun ad günü olub.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, aktyorun 40 yaşına dostları və serialdakı tərəf müqabilləri axın ediblər. Serialda Yamaç obrazını canlandıran Aras Bulut İynemli serialın mövsüm finalının tarixini açıqlayıb.

Aras Bulut sevgilisi Bige Önal ilə ad günündə iki saat iştirak edib. Sonra isə məkandan ayrılanda jurnalistlərin kamerasına tuş gəliblər. Aktyor jurnalistlərə serialın 10 bölümdən sonra mövsüm finalına gedəcəyini bildirib.


Xəbərə aid fotolar