Qanada faciə:


Dünya 22 Mar 2019 16:47:00 211 0

Qanada faciə:

Qananın qərbində iki avtobusun toqquşması nəticəsində 70-dən artıq sərnişin ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, yol-nəqliyyat hadisəsi Şimali Kintampo dairəsində qeydə alınıb. Toqquşmadan sonra avtobuslardan biri yanıb. Yanan avtobusun bütün sərnişinləri ölüb. Digər avtobus isə dərəyə yuvarlanıb.

Xəsarət alanlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.