Məlahət Abbasovanın verilişi ATVdən AzTVyə keçdi


Şou-biznes 22 Mar 2019 15:29:00 237 0

Məlahət Abbasovanın verilişi ATVdən AzTVyə keçdi

Məlahət Abbasovanın "Məlahətli söhbətlər" proqramı bundan sonra AzTV-də yayımlanacaq.

Son.az axşam.az-a istinadən xəbər verir ki, əməkdar artist bu barədə "Gün başladı" proqramında məlumat verib.

"Layihəm hazırdır. AzTV-nin yeri mənim üçün çox fərqlidir. Çünki ilk dəfə məni tamaşaçılara təqdim edib. Təkrar doğma kanalıma dönürəm. Şou insanı deyiləm, özümə bir missiya yükləmişəm ki, iki ölkənin məşhurları bir-birini gəlib, tanısınlar. Onları bura gətirirəm ki, siz də bizim sənətçilərimizi tanıyın".