Genetik modifikasiya olunmuş ilk insan


Digərləri 22 Mar 2019 13:49:00 218 0

Genetik modifikasiya olunmuş ilk insan

Hər dəfə heyvanlar üzərində təcrübələr haqqında danışan növbəti elmi verilişlə qarşılaşanda bu bizə fantastik və real olmayan görünür. Amma insanlarla bağlı belə təcrübələr barədə eşidəndə qulaqlarına inanmırsan.

Alimlər çoxdandır ömrümüzü uzatmaq üçün iş aparırlar. Onlar artıq hansı ərzaqları istifadə edəndə cavan qala biləcəyimizi müəyyənləşdiriblər. İndi genetik dəyişiklik növbəsidir.

Son.az Bizimyol.info-ya istinadən xəbər verir ki, "BioViva" elmi-tibbi şirkətinin rəhbəri Elizabet Perriş cəsarətli addım atmaq qərarına gəldi. O, orqanizminin qocalma prosesini zəiflətmək və ya tam dayandırmaq üçün genlərinin dəyişdirilməsinə razı oldu.

Elizabet Perriş

Bizim orqanizmin qocalma prosesi xromosomların uc çıxıntılarının - telomerlərin kiçilməsi ilə başlayır. 2015-ci ildə Elizabetin bədəninə telomerin uzunluğunu artıracaq material yeritmişdilər. Alimlər düşünür ki, məhz bu yolla qocalmanı saxlamaq və orqanizmi cavanlaşdırmaq olar. Nəticənin ölümlə başa çatacaq qədər gözlənilməz ola biləcəyini anladığı halda Perriş elm naminə bununla razılaşdı.