Paytaxtda Novruz şənlikləri davam edir


Digərləri 22 Mar 2019 12:44:00 224 0

Paytaxtda Novruz şənlikləri davam edir

Xalqımızın ən əziz bayramı olan Novruz bayramı paytaxt Bakı şəhərində xüsusi təntənə ilə qeyd edilir. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinın (BŞİH) tapşırığına əsasən paytaxtın bütün rayonlarında genişmiqyaslı hazırlıq işləri aparılıb.

BŞİH-dən Son.az-a verilən məlumata görə, əvvəlki illərdən fərqli olaraq paytaxtın rayonlarında əsas meydanlardan əlavə bütün qəsəbə və yaşayış məntəqələrində də bayram tədbirləri keçirilir. Həmçinin əhaliyə ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsullarının çatdırılması üçün yarmarkalar təşkil olunub.

Tədbirlər çərçivəsində paytaxtın Suraxanı rayonunda və rayonun qəsəbələrində bayram şənlikləri geniş miqyasda keçirilib.

İlk növbədə "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda ümumrayon bayram şənliyi keçirilib. "Atəşgah Məbədi"nin qarşısı baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünüb.


Xəbərə aid fotolar