Kənan MM türk aktyora təpiklə şou göstərdi


Şou-biznes 22 Mar 2019 12:39:00 215 0

Kənan MM türk aktyora təpiklə şou göstərdi

Öncədən də xəbər verdiyimiz kimi, azərbaycanlı rejissor Kənan MM Türkiyədə yayımlanan "Savaşçı" serialına çəkilir.

Son.az ölkə.az-a istinadən bildirir ki, azərbaycanlı zabit obrazını canlandıran Kənan MM yeni video çarx yayımlayıb.

Video çarxdan da görünür ki, Kənan Emre obrazını canlandıran Uğur Bicerin ağzındakı siqareti təpiklə vurub salmaq istəyir. Amma aktyor bundan ehtiyat edir. Kənan hərəkətini bir neçə dəfə təkrarlamaq istəsə də, Uğur yenə də çəkinir. Onun bu hərəkəti çəkiliş meydançasındakı şəxslər tərəfindən gülüşlə qarşılanıb.