DİQQƏT! Bu gün üç qəsəbəyə elektrik verilişində fasilələr olacaq


Digərləri 22 Mar 2019 12:14:00 193 0

DİQQƏT! Bu gün üç qəsəbəyə elektrik verilişində fasilələr olacaq

"Bu gün saat 10:30-dan 14:30-a qədər Xəzər rayonunun Buzovna, Nardaran və Bilgəh qəsəbələrinin bir hissəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq".

Son.az xəbər verir ki, bu barədə Son.az-a "Azərişıq" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

O qeyd edib ki, fasilə Xəzər rayonu ərazisindəki elektrik veriliş xəttlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədardır.