Azərbaycanda 12 504 yeni müəssisə və təşkilat fəaliyyətə başlayıb – 1 ildə


Digərləri 22 Mar 2019 11:28:46 164 0

Azərbaycanda 12 504 yeni müəssisə və təşkilat fəaliyyətə başlayıb – 1 ildə

Ölkə ərazisində 2018-ci il ərzində yaradılmış 12 504 yeni müəssisə və təşkilatın 66,4 faizi Bakı şəhərində fəaliyyətə başlayıb.

Bakı. İlhamə İsabalayeva – Ölkə ərazisində 2018-ci il ərzində yaradılmış 12 504 yeni müəssisə və təşkilatın 66,4 faizi Bakı şəhərində fəaliyyətə başlayıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən il ərzində fəaliyyətə başlayan yeni müəssisə və təşkilatların 9,6 faizi Abşeron, 6,9 faizi Aran, 4,8 faizi Quba-Xaçmaz, 4,6 faizi Gəncə-Qazax, 2,7 faizi Şəki-Zaqatala, 2,6 faizi Lənkəran, 1,2 faizi Yuxarı-Qarabağ, 0,6 faizi Dağlıq Şirvan iqtisadi rayonunun, 0,4 faizi Naxçıvan Muxtar Respublikasının, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonunun payına düşüb. 2018-ci il ərzində ölkədə 238 947 yeni, o cümlədən 127 428 daimi iş yeri açılıb. Açılmış daimi iş yerlərinin 8,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 32,2 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 59,3 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.