Millimizin baş məşqşisi: Xalsız qalsaq da, oyunçulardan narazı deyiləm


Digərləri 22 Mar 2019 09:22:15 251 0

Millimizin baş məşqşisi: Xalsız qalsaq da, oyunçulardan narazı deyiləm

Xalsız qalsaq da, oyunçulardan narazı deyiləm.

Bakı. "Xalsız qalsaq da, oyunçulardan narazı deyiləm". Trend-in məlumatına görə, bunu Avro-2020-in seçmə mərhələsində keçirilmiş Xorvatiya – Azərbaycan oyunundan (2:1) sonra millimizin baş məşqçisi Nikola Yurçeviç deyib. O qeyd edib: “Dünyanın ən güclü komandalarından birinə qarşı oynadıq. Rəqib qrupun mütləq olaraq ən güclü komandasıdır. Bu oyuna ciddi hazırlaşmışdıq. Bəlkə də hissənin sonlarında qol buraxmasaydıq, xal qazana bilərdik. Xalsız qalsaq da, oyunçulardan narazı deyiləm". Baş məşqçi xatırladıb ki, Xorvatiya FIFA reytinqində 4-cü yerdə qərarlaşıb: "Bu görüş bizim gələcəyimiz, motivasiyamız üçün vacibdir. Azərbaycanda baharın gəlişi münasibətilə bayram qeyd olunur. Biz istəyirdik ki, göstərdiyimiz oyunla və qazandığımız nəticə ilə bu bayrama öz töhfəmizi verək. Təəssüf ki, xal qazana bilmədik, amma çalışdıq ki, öz oyunumuzla azarkeşləri sevindirək".