Külək turbinlərinin səsküyü sağlamlığa ziyan vurur


Digərləri 22 Mar 2019 05:30:00 209 0

Külək turbinlərinin səsküyü sağlamlığa ziyan vurur

Külək turbinlərinin səs-küyü bəzi yaş qruplarının nümayəndələrinə pis təsir edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Danimarka Onkologiya Cəmiyyətinin alimləri ölkə hökumətinin sifarişi ilə apardıqları tədqiqatlar əsasında bu qənaətə gəliblər.

Alimlərin fikrincə, külək generatorlarının səs-küyü yaxınlıqda yaşayan insanlarda yuxusuzluq, xüsusən yaşı 65-dən çox olan insanlarda stress yaradır.

Tədqiqat külək turbinlərinin səs-küyünün uzunmüddətli, yaxud qısamüddətli təsiri ilə ürəkdə emboliyaların inkişafı və ya insultlar arasında əlaqənin mövcudluğunun inandırıcı sübutlarını aşkar etməyib. Külək turbinlərinin səs-küyünün uzunmüddətli təsiri ilə yaşlı adamlarda diabet arasında da heç bir əlaqə aşkar olunmayıb.