Kor insana şəfa verən altıaylıq körpə


Digərləri 21 Mar 2019 22:50:00 288 0

Kor insana şəfa verən altıaylıq körpə

Son.az deyerler.org-a istinadən bildirir ki, Muhəmməd ibni Məymun nəql edir: "İmam Rza (ə) Xorasana getməzdən əvvəl Məkkədə onu ziyarət edə bildim. Ona dedim: "Ey Allah Rəsulunun (s) oğlu! Mədinəyə səfərə çıxıram. Əgər mümkündürsə, mənim üçün bir məktub yaz və məni oğlun İmam Cavada (ə) tanıt".

İmam (ə) gülümsədi və məktubu yazmağa başladı. O zaman İmam Rzanın (ə) oğlu İmam Muhəmməd Təqi (ə) - 6-aylıq körpə idi. İmam Rza (ə) məktubu mənə verdi.

Mən də Mədinəyə tərəf hərəkət etdim. Nəhayət İmam Rzanın (ə) evinə çatdım. Xidmətçi qapıda dayanmışdı. Ona dedim: "Mənim mövlamı gətir ki, onun camalını görərək, gözlərimi cilalayım və feyz alım".

Xidmətçi evə daxil oldu və bir müddətdən sonra gəldi. O, imamət nurunu qucağında tutmuşdu. Yaxına getdim və salam verdim.

Körpə mənim salamımın cavabını verdi və buyurdu: "Ey Muhəmməd! Halın necədir?".