Xameneinin bu bəyanatı


Dünya 21 Mar 2019 22:23:00 258 0

Xameneinin bu bəyanatı

Avropa faktiki olaraq nüvə sazişindən çıxdı, onlar tərəfindən yaradılmış İranla ticarət üçün maliyyə mexanizmi "kədərli zarafat"a yaxındır.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu haqda İranın ali dini lideri Əli Xamenei İran televiziyası ilə birbaşa yayımlanan çıxışımda deyib.

Onun sözlərinə görə, Avropa ABŞ-ın nüvə sazişindən çıxışına qarşı durmalı idi, ancaq o bunu etmədi.

"Onlar bizə deyirlər ki, nüvə sazişindən çıxmaq lazım deyildir, amma təcrübədə özləri sazişdən çıxdılar. Yaradılması haqqında yaxın vaxtlarda bəyanata verilən maliyyə kanalı kədərli zarafata yaxındır", - dini lider bildirib.

Xatırladaq ki, ötən ayın əvvəlində Almaniya, Fransa və Böyük Britaniya Avropa şirkətlərinə ABŞ-ın sanksiyaları şəraitində İranla ticarət etməyə imkan verən mexanizm yaradıb. İranla Avropa şirkətlərinin maliyyə hesablaşmalarının təminatı üçün yaradılan şirkətin qərargahı Parisdədir. Şirkət INSTEX (Instrument In Support Of Trade Exchanges) adını alıb. Şirkətin vəzifəsi Amerika sanksiyalarının bərpasından sonra İranla maliyyə hesablaşmaları üçün ödəniş kanalını yaratmaq və İranla ticarəti canlandırmaqdır. Eyni zamanda, teleradio şirkəti qeyd edir ki, bunu etmək çətin olacaq, çünki, artıq şirkətlərin xeyli hissəsi İrandan gedib və onunla əlaqələri kəsiblər.

Mexanizmə Avropa İttifaqının başqa ölkələri də qoşula biləcək.

Mexanizm aşağıdakı qaydada hərəkət edəcək: İran Avropaya neft və başqa malları çatdıracaq, ancaq qazanılmış pul İran banklarına deyil, İrana sənaye malları, dərmanlar və ərzaq çatdıran şirkətlərə göndəriləcək.