Avropa İttifaqı Googleı €1.49 milyon avro


Dünya 21 Mar 2019 21:38:00 191 0

Avropa İttifaqı Googleı €1.49 milyon avro

Google şirkəti onlayn axtarış reklamçılarını blok etdiyinə görə çərşənbə günü €1.49 milyard avro cərimələnib. Bu, Avropa İttifaqının Google-ın ana şirkəti Alphabet-ə qarşı son iki ildə üçüncü nəhəng anti-trest cəriməsidir.

Cərimənin Google-ın 2018-ci ildəki dövriyyəsinin 1.29 faizinə bərabər olduğunu bildirən Avropa Komissiyası bəyanatında şirkətin rəqabət əleyhinə davranışlarının 10 ildən çox davam etdiyini bildirib.

Google-ın müqavilələrinə bu məhdudlaşdırıcı maddələri daxil etməsinə rəqiblərini bazardan uzaq tutmağa çalışmaqdan başqa heç bir səbəb yox idi. Bu məsələ axtarış nəticələri və axtarış reklamları meydana gətirən qəzet və ya səyahət saytları kimi vebsaytlara aiddir. Google-ın AdSense for Search proqramı bu cür axtarış reklamlarını təmin edir.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Google-ın yanlış davranışlarına vebsaytların axtarış nəticələri səhifələrində rəqiblərindən axtarış reklamları yerləşdirmələrinin qarşısını alaraq, onları axtarış nəticələri səhifələrindəki ən gəlirli yerləri Google-ın reklamlarına ayırmalarını və rəqib reklamların necə yerləşdirilməsinə dəyişikliklər etmədən öncə Google-dan yazılı icazə almalarını təbəb etməsi daxildir.

"Google-ın müqavilələrinə bu məhdudlaşdırıcı maddələri daxil etməsinə rəqiblərini bazardan uzaq tutmağa çalışmaqdan başqa heç bir səbəb yox idi," Avropa Komissiyasının rəqabətdən məsul rəsmisi Marqret Vestager bildirib.