Nazarbayev Novruz bayramına qatıldı FOTO


Digərləri 21 Mar 2019 21:17:00 288 0

Nazarbayev Novruz bayramına qatıldı  FOTO

Qazaxıstanın paytaxtı Astanada Novruz bayramı münasibətilə keçirilən tədbirə minlərlə insan qatılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bayram tədbirində Qazaxıstan xalqının lideri Nursultan Nazarbayev və dövlət başçısı Kasım-Jomart Tokayev iştirak ediblər. Nursultan Nazarbayev yeni ailə quranlara xeyir-dua verərək, xalqı bayram münasibətilə təbrik edib.

Astananın bütün teatrlarında və konsert salonlarında proqramlar Novruza həsr olunub. Vilayət mərkəzlərinin meydan və parklarında bayram münasibətilə ənənəvi teatrlaşdırılmış şou, müxtəlif konsert proqramları nümayiş olunur, müsabiqələr və milli idman yarışları keçirilir.

Almatı küçələrində də ənənəvi bayram əhval-ruhiyyəsi hökm sürür. Qazax eposunun və nağıllarının qəhrəmanları şəhərin mərkəzi küçələrinə çıxıblar. İki minə yaxın epos, əfsanə və nağıl qəhrəmanlarının obrazlarında ilk dəfə belə möhtəşəm təqdimat keçirilir.


Xəbərə aid fotolar