Zeytun mübarək ağacdır


Digərləri 21 Mar 2019 18:20:00 60 0

Zeytun mübarək ağacdır

Zeytun ağacı Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü vardır. Zeytun həmişəyaşıl halda müxtəlif çətir formasında olur. Çətirinin diametri 2 metrə qədər çata bilir. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü - parlaq, kənarları burulmuş halda olur. Yarpaqları 2-3 il tökülmədən ağacın üzərində qalır. Meyvəsi birtoxumludur, lətli, yağlı yanlığı var, toxumları uzunsov, qonur rənglidir. Zeytun may-iyun aylarında çiçək açır, meyvələri oktyabr-noyabrda yetişir. Son.az zikr.az-a istinadən bildirir ki, tarixi mənbələrdən aydın olur ki, zeytun 1500-2000 ilə qədər yaşayır. O, 150 ilə qədər məhsul vermə qabiliyyətinə malik olur. Hazırda Tunis dövləti ərazisində yaşı 2000-ə çatan diametri 4 m olan zeytun ağacı qorunub saxlanılır. Bu cür yaşlı zeytun ağaclarına Kipr və Əlcəzair dövlətlərinin ərazilərində də rast gəlmək olar. Zeytun meyvəsinin yağı həm yeyinti sənayesində, həm də təbabətdə geniş istifadə olunur. Zeytun dünyanın subtropik ölkələrində çox qədimdən becərilən qiymətli bitkidir. Onun meyvələrindən və yağından bir sıra xəstəliklərə qarşı, həmçinin yeyinti məhsulu və ətirli ədviyyat kimi istifadə edilmişdir. Zeytun dünyanın ən sağlam ərzaqlar qrupuna daxil edilmişdir. Bu bitki və onun yağı insan səhhəti üçün faydalıdır və qanda xolesterolun miqdarını azaltmaq qabiliyyətinə malik turşu yağlarının çoxluğuna görə məşhurdur. Zeytun ürək və qan damarlarını arteriosklerozdan qoruyur. Son illərdə zeytun ağacının yarpaqlarından ürək-damar sistemi xəstəliklərinin müalicəsində, xüsusən hipertoniya xəstəliyində istifadə edilir. Qida yağları içərisində ən faydalı yağ zeytun yağıdır.    Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - buyurmuşdur: "Zeytun yağından yeyin və ondan (başınıza) sürtün. Çünki o, mübarək ağacdandır." (Tirmizi, 1853). Yəni, yeməyinizə zeytun yağı qatın. Zeytun ağacının mübarək olması haqda Uca Allah Qurani-Kərimdə belə buyurur: "Allah göylərin və yerin nurudur. Onun (möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O çıraq təkcə şərqə və ya təkcə qərbə aid edilməyən (daim günəş şüaları altında qalan) mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. Bu, nur üstündə nurdur. Allah istədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün məsəllər çəkir. Allah hər şeyi Biləndir" (ən-Nur, 35).

Çində sənaye parkında partlayış olubb like
  • 21 Mar 18:19  
Digərləri Çində sənaye parkında partlayış olubb

Çinin Tzyansu kimya sənaye parkında partlayış olub

arrow Ətraflı
Qalxanvari vəziniz necə işləyir? like
  • 21 Mar 18:15  
Digərləri Qalxanvari vəziniz necə işləyir?

Qalxanvari vəzi xəstəlikləri bir çox hallarda uzun müddət ərzində gizli

arrow Ətraflı
Uşağınızın görmə qabiliyyətini yoxlamısınızmı? like
  • 21 Mar 18:10  
Digərləri Uşağınızın görmə qabiliyyətini yoxlamısınızmı?

Uşağınızın görmə qabiliyyətini yoxlamısınızmı?

arrow Ətraflı
İraqda bərə qəzaya uğrayıb: 45 ölü like
  • 21 Mar 18:07  
Dünya İraqda bərə qəzaya uğrayıb: 45 ölü

İraqın Mosul şəhəri yaxınlığında bərə qəzaya uğrayıb.

arrow Ətraflı
Bakı metrosunda bayram konsertləri 3 gün davam edib  FOTO like
  • 21 Mar 18:04  
Digərləri Bakı metrosunda bayram konsertləri 3 gün davam edib FOTO

Bakı metropoliteninin dörd stansiyasında Novruz bayramı ilə əlaqədar üç

arrow Ətraflı
Tanınmışların "əkiz tayları"  FOTO like
  • 21 Mar 18:02  
Digərləri Tanınmışların "əkiz tayları" FOTO

Əkizlər həmişə marağa səbəb olub, tanınmış insanların oxşarları is

arrow Ətraflı
Maserati xüsusi versiyada Levante istehsal edib  FOTO like
  • 21 Mar 18:01  
Digərləri Maserati xüsusi versiyada Levante istehsal edib FOTO

Lamborghini Urus kimi rəqiblərdən fərqli olaraq, Maserati Levante-yə premia

arrow Ətraflı
İraqda bərə qəzaya uğrayıb: 45 ölü like
  • 21 Mar 17:58  
Digərləri İraqda bərə qəzaya uğrayıb: 45 ölü

İraqın Mosul şəhəri yaxınlığında bərə qəzaya uğrayıb

arrow Ətraflı
Səbir haqqında like
  • 21 Mar 17:55  
Digərləri Səbir haqqında

Din məfhumu haqqı bilmək və ona əməl etməkdir. Dini öyrənmək və ona

arrow Ətraflı
Tələsin namaza! Tələsin qurtuluşa! like
  • 21 Mar 17:50  
Digərləri Tələsin namaza! Tələsin qurtuluşa!

Namaz insanın qəlbini təmizləyir və nəfsinə rahatlıq verir, onu günahla

arrow Ətraflı
Hərbi hissələrdə Novruz bayramı tədbirləri keçirilib like
  • 21 Mar 17:46  
Digərləri Hərbi hissələrdə Novruz bayramı tədbirləri keçirilib

2019-cu ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin tabeliyində o

arrow Ətraflı
Histeroskopiya haqqında like
  • 21 Mar 17:45  
Digərləri Histeroskopiya haqqında

Histeroskopiya - uşaqlığın daxili səthinin (endometriumun) müayinə metodu

arrow Ətraflı
Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin hazırkı durumu müzakirə edilib like
  • 21 Mar 17:41  
Siyasət Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin hazırkı durumu müzakirə edilib

Xarici İşlər naziri Elmar Məmmədyarov Argentina Respublikasına səfəri ç

arrow Ətraflı
Ey Adəm oğlu! like
  • 21 Mar 17:40  
Digərləri Ey Adəm oğlu!

Şureyh demişdir: "Mən bir səhabənin Peyğəmbərdən salləllahu aleyh

arrow Ətraflı
Bakı Nəqliyyat Agentliyi: “BakuBus”ın avtobusu qəzaya uğrayıb, yanğın olmayıb like
  • 21 Mar 17:36  
Digərləri Bakı Nəqliyyat Agentliyi: “BakuBus”ın avtobusu qəzaya uğrayıb, yanğın olmayıb

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişin avtobusunun iştirakı il

arrow Ətraflı