Bütün Yer kürəsi işıqsız qalacaq:


Digərləri 21 Mar 2019 16:29:00 248 0

Bütün Yer kürəsi işıqsız qalacaq:

İqlim dəyişikliyinə diqqət çəkmək məqsədilə 2007-ci ildən bəri təşkil edilən "Dünya saatı" (Earth Hour) tədbiri bu il də baş tutacaq.

Son.az publika.az-a istinadən xəbər verir ki, dünya ölkələri artıq bu çağırışın gerçəkləşdirilməsi üçün hazırlıqlar aparır.

Yer kürəsinin, təxminən, yarısında təşkil edilən bu tədbir müxtəlif günlərdə keçirilsə də, hər kəs təbiətin qorunub saxlanılması və ətraf mühitin vurduğu ziyanların az da olsa, aradan qaldırılması məqsədi ətrafında birləşir. "Dünya saatı" əsasən, 20:30-21:30 saatları arasında baş tutur.

Bir çox inkişaf etmiş ölkələr kimi, Azərbaycan da bu ekoloji hərəkata dəstək verəcək. Hərəkatın tarixi 30 mart 20:30-21:30-a müəyyənləşdirilib.