Ultrasəs müayinəsi haqqında teztez verilən suallar


Digərləri 21 Mar 2019 14:20:00 231 0

Ultrasəs müayinəsi haqqında teztez verilən suallar

Tez-tez USM-dən keçmək ziyandırmı?

Bu üsul uzun illərdir ki tətbiq olunur, olduqca yaxşı öyrənilib və insan orqanizminə mənfi təsir göstərmədiyi sübut olunub. Heç bir "zərərli şüalanma"dan söhbət belə gedə bilməz. USM datçiki ilə təmasda olan sahələrin temperaturunun cuzi artması mümkündür, lakin bu da tam təhlükəsizdir. Müxtəlif illərdə bir çox ölkələrdə keçirilən ciddi araşdırmalar nəticəsində USM-nin ana bətnindəki uşağın sağlamlığı üçün də təhlükəsiz olduğu sübut olunmuşdur: USM heç bir patologiyanın, törəmənin və ya digər dəyişikliyin səbəbi ola bilməz. USM-də bütün orqanlar görünürmü? Xeyr. İnsan orqanizmində boşluqlu orqanlar var ki, onların ultrasəslə müayinəsi mümkün deyil. Məhz bu səbəbdən mədə qastroskopiya, bağırsaqlar kolonoskopiya, ağ ciyərlər rentgen və s. üsulları ilə müayinə olunur. Sümüklər də ultrasəslə müayinə oluna bilməz, bunun üçün rentgen və ya MRT üsulu tətbiq olunur. Həkim USM-də səhv edə bilərmi? Əlbəttə. Hər şey həkimin ixtisas dərəcəsindən asılıdır. Son.az sahhat.az-a istinadən bildirir ki, USM üçün dəqiq protokollar vardır, lakin nəticələri təhlil edən həkimlər bəzən radioloqların buraxdığı ciddi səhvlərlə üzləşirlər. Məsələn, hamilə qadının ilk dəfə skrininq müayinəsində yaxalıq zonası ölçülmür, və ya iki fərqli həkimin nəticələrində öd kisəsindəki daşların sayı və ölçüləri fərqlənir və s. USM indi hər yerdə var, böyük klinikalardan tutmuş gözəllik salonlarına qədər, lakin unutmaq olmaz ki, ən əsası savadlı mütəxəssis tapmaqdır.