Kia məşhur krossover Sportagei yeniləyib FOTO


Digərləri 21 Mar 2019 14:01:00 222 0

Kia məşhur krossover Sportagei yeniləyib  FOTO

Koreyanın avtomobil istehsalçısı Kia məşhur krossoveri olan Sportage-i yeniləmək qərarına gəlib və onu Çikaqo avtosalonunda nümayiş etdirib. Kompakt krossover artıq yeni qabaq və arxa bamperlərə, diodlu dönmə indikatorları olan yeni faralara, duman əleyhinə faralara, arxa fənərlərə və yeni dizaynda təkər disklərinə malikdir.

Son.az auto.az-a istinadən bildirir ki, bundan əlavə, Kia yeni S Trim komplektasiyası da istehsal edib. Ona daha idmansayağı daxili və xarici dizayn elementləri daxildir və tam və ya qabaq ötürücü sistemlə təklif edilir. Salona gəldikdə isə, burada informasiya-əyləncə sisteminin 8-düymlük sensorlu ekranını və süni dəridən oturacaqları görmək olar.

Sportage, həmçinin yeni təhlükəsizlik sistemi alıb - krossoveri hərəkət xəttində qalma, təhlükə barədə sürücünü xəbərdar etmə və piyadalara nəzarət və s. sistemləri ilə təchiz ediblər.


Xəbərə aid fotolar