Messi klonlaşdırıla bilər


Digərləri 21 Mar 2019 11:05:00 230 0

Messi klonlaşdırıla bilər

Avropa Genetik Arxivinin rəhbəri, genetik-alim Arkadi Navarro, günümüzün yüksək texnologiyalarının argentinalı futbol ulduzu Lionel Messini klonlaşdırmağa imkan verdiyini bildirib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, alimin açıqlamasından "Mundo Deportivo" nəşri sitat gətirib.

Navarro əmin edir ki, genetiklər "Barselona" klubunun hücumçusu Messiyə son dərəcə bənzəyəcək insan "yarada bilər".

"Belə olan halda Messinin əkizini əldə edərdik. Sanki onlar eyni vaxtda doğulub, sadəcə, birini 20 il müddətinə dondurublar", - alim bildirib.

Messi "Barselona" tarixinin ən yaxşı bombardiridir. Klubda çıxış etdiyi müddət ərzində 674 matça 591 qol vurub.