Azərbaycanın Serbiyadakı səfirliyində Novruz qeyd edilib (FOTO)


Digərləri 21 Mar 2019 07:51:00 194 0

Azərbaycanın Serbiyadakı səfirliyində Novruz qeyd edilib  (FOTO)

Azərbaycanın Serbiyadakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə Belqradda keçirilən “Azərbaycan Milli Mətbəxi” həftəsi çərçivəsində Novruz bayramı münasibətilə tədbir keçirilib.

Bakı. Azərbaycanın Serbiyadakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə Belqradda keçirilən “Azərbaycan Milli Mətbəxi” həftəsi çərçivəsində Novruz bayramı münasibətilə tədbir keçirilib. Səfirlikdən Trend-ə verilən məlumatına görə, tədbirdə Serbiyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan Mədəniyyət Mərkəzi və Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin əməkdaşları, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Parlamentin Serbiya Azərbaycan Dostluq Qrupunun sədri və üzvləri, ölkəmizin “AzVirt” şirkətinin nümayəndələri, səfirliyin əməkdaşları, eləcə də Serbiyada çalışan, təhsil alan azərbaycanlılar iştirak ediblər. Əvvəlcə Novruz bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqına təbriki oxunub. Sonra Səfir Eldar Həsənov tədbirdə çıxış edərək, Novruz bayramı münasibətilə səfirliyin qonaqlarını, Serbiyada yaşayan həmvətənlərimizi və Novruz bayramını qeyd edən xalqları təbrik edib.