iOS 13ün təqdimat tarixi açıqlanıb


Digərləri 21 Mar 2019 07:31:00 221 0

iOS 13ün təqdimat tarixi açıqlanıb

ABŞ-ın "Apple" şirkəti "WWDC 2019" konfransında "iOS" mobil əməliyyat sisteminin 13-cü versiyasını təqdim edəcək. Bu haqda "The Verge" nəşri yazıb.   Son.az ICTnews-a istinadən bildirir ki, tədbir 3 iyunda ABŞ-ın San-Xose Sərgi Mərkəzində keçiriləcək. Mütəxəssislərin fikrincə, yeni əməliyyat sistemində bir sıra ciddi dəyişikliklər gözlənilir. Məsələn, yeniliklərdən biri qara rəngli interfeys olacaq. "Ridus" nəşri yazır ki, belə interfeys artıq "macOS Mojave" sistemində nəzərdə tutulub, ancaq indiyədək "iPhone" və "iPad" cihazlarında yox idi.   Həmçinin şirkət süni intellekt, sağlamlıq, fitnes, əlavə reallıq sahələri və başqa istiqamətlərdə öz nailiyyətləri barəsində söz açacaq və dəvət edilmiş mütəxəssislər bir sıra praktik məşğələ və seminarlar keçirəcəklər.