"Veysəloğlu" 2 milyon cərimələndiklərini təsdiqlədi


Digərləri 20 Mar 2019 23:48:00 219 0

"Veysəloğlu" 2 milyon cərimələndiklərini təsdiqlədi

"Veysəloğlu" Şirkətlər Qrupu Vergilər Nazirliyi tərəfindən tətbiq edilən maliyyə sanksiyasına münasibət bildirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, məlumatda qeyd edilir ki, ötən ilin sonunda "Veysəloğlu" Şirkətlər Qrupuna daxil olan bütün şirkətlərdə aksiz nişanı ilə markalanması məcburi olan məhsulların, işçilərin əmək müqavilələrinin və nağd pulun idarə edilməsinin yoxlanılması üzrə operativ vergi yoxlamaları həyata keçirilib:

"Lakin, yoxlama aparılan istiqamətlər üzrə şirkətimizin fəaliyyətində kənarlaşmalar aşkar edilməyib.

Belə ki, şirkətimizin bütün əməkdaşlarının əmək müqavilələri, şirkətlərimizə məxsus anbarlarda bütün məhsulların miqdarına, həmçinin aksiz nişanı ilə markalanması məcburi olan məhsulların və nağd pul dövriyyəsinə aid bütün uçot sənədləri qaydasında olub. Yoxlama zamanı vergi əməkdaşları tərəfindən yaranmış olan bütün sorğu və suallar zamanında cavablandırılaraq müvafiq sənədlər təqdim olunub.

Hətta yoxlama zamanı və yoxlamadan sonrakı dövrdə vergi əməkdaşları da bizim vergi uçotuna dair işlərimizin qanunvericiliyə uyğun yüksək səviyyədə təşkil olunması barəsində dəfələrlə müsbət fikirlər səsləndirmiş və yoxlama apardıqları digər şirkətlərə bizi yaxşı nümunə olaraq göstərmişlər. Bunun əsas səbəbi isə cənab Nazirin 2018-ci ili şəffaflığa doğru keçid ili kimi elan etməsi çağırışına məsuliyyətlə yanaşaraq bu istiqamətdə ciddi işlər görməyimiz olub.