"Təki hamının ailəsi müğənnininki kimi qeyrətli olsun"


Şou-biznes 20 Mar 2019 19:20:00 232 0

"Təki hamının ailəsi müğənnininki kimi qeyrətli olsun"

Son günlər şou-biznesdə xanım ifaçılarla kişilər arasında qalmaqal səngimək bilmir. 

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni Nadir Qafarzadə, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu, xanəndə Eldəniz Məmmədovun xanımların ünvanına təhqiredici fikirlər səsləndirməsinə bu dəfə rəqqasə Fatimə Fətəliyeva və müğənni Roza Zərgərli etiraz edib.

Roza saytımıza açıqlamasında bildirib ki, Nadir hər zaman ona "bacı" deyə, müraciət edib:

"Nadirlə çox yaxın olmuşuq, Hüseyn və Eldənizlə münasibətimiz yaxşıdır. Nadir dəfələrlə mənə "bacı" deyə müraciət edib. Hüseyn isə hətta mənə "böyük qardaşım" deyə müraciət edib. İnanmıram ki, həmin fikirləri bütün ifaçılara şamil ediblər. Hamıya şamil olunubsa, çox nahaq. 

Biz qadın müğənnilər də əks cinsdən olan ifaçılara başqa söz deyək? Təki hamının ailəsi sənət adamlarının ailəsi kimi qeyrətli olsun. Çünki məşhurların ailəsi daha qapalı və diqqətli olurlar. Mənim uşaqlarım suyu da üfürə-üfürə içir ki, nəsə söz çıxar. Bizə "anamsan, bacımsan" deyib, arxada həmin fikri deməməlidirlər. Kübar danışmaq lazımdır".