Əlilliyi olan şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul ediləcək - YENİ QAYDA


Digərləri 20 Mar 2019 11:47:38 176 0

Əlilliyi olan şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul ediləcək - YENİ QAYDA

Əlilliyi olan şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul ediləcək.

Bakı. Nazirlər Kabineti “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nı təsdiq edib. Trend-in məlumatına əsasən, Qaydaya əsasən müvafiq peşə üzrə təhsil standartları və proqramları (kurikulumları) əsasında ixtisaslı işçi kadr hazırlığı aparan və müvafiq lisenziyası olan bələdiyyə və özəl peşə təhsili müəssisələri, eləcə də Təhsil Nazirliyinin tabeliyində olmayan digər dövlət peşə təhsili müəssisələri növbəti tədris ili üçün müvafiq peşə istiqamətləri üzrə ixtisaslaratələbə qəbulu sayına dair sifarişlərini hər il martın 1-dək Təhsil Nazirliyinə müəyyən olunmuş formada təqdim etməlidirlər. Hər tədris ili üçün peşə təhsili müəssisələrinətələbə qəbulu iqtisadiyyatın inkişaf istiqamətlərinə, əmək bazarının tələblərinə və peşə təhsili müəssisələrinin potensialına uyğun olaraq İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyi tərəfindən baxılır və bu dövlət orqanlarının razılaşdırılmış təklifləri əsasında Nazirlər Kabineti tərəfindən mayın 1-dək təsdiq edilir. Dövlət peşə təhsili müəssisələrində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət təhsilalanların peşə təhsili səviyyələri üzrə peşə təhsili müəssisələrində dövlət hesabına yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Peşə təhsili müəssisələrinə qəbul ümumi orta və ya tam orta təhsil haqqında attestat əsasında aparılır. Peşə təhsili müəssisələrinə qəbul ixtisas və təhsil müəssisəsinin sərbəst seçimi əsasında müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə iştirak ödənişsizdir. Peşə təhsili müəssisələrinə qəbulun vaxtı və yeri hər il Təhsil Nazirliyi tərəfindən müəyyən edilir və kütləvi informasiya vasitələrində yerləşdirilir. Peşə təhsili müəssisələrinə qəbul nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Əlilliyi olan şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul edilirlər. Cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinə qəbul seçilmiş ixtisaslar üzrə məhkumların ərizələri və cəzaçəkmə müəssisəsinin göndərişləri əsasında peşə təhsili müəssisələrinin tərəfindən həyata keçirilir. Xüsusi peşə təhsili müəssisələrinə qəbul məhkəmənin qərarı əsasında yerli icra hakimiyyəti orqanlarının yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın göndərişlərinə müvafiq olaraq peşə təhsili müəssisələri tərəfindən həyata keçirilir. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) peşə təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak etmirlər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə təhsili müəssisələrinə qəbulu “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na əsasən həyata keçirilir.