"Mərcan" toyuqlu Şah plov Novruz süfrəsinin əsas bəzəyidir


Digərləri 20 Mar 2019 11:00:00 337 0

"Mərcan" toyuqlu Şah plov Novruz süfrəsinin əsas bəzəyidir

Nəhayət, çoxdan gözlədiyimiz Novruz bayramı gəlib çatdı. Bayram hazırlıqları dörd həftə ərzində davam etdi.

Novruz bayramı Azərbaycanda hər il 5 gün, martın 20-si və 21-i daxil olmaqla, gecə ilə gündüzün bərabərləşdiyi gündə qeyd olunur. Bayram yaz fəslinin gəlməsi və təbiətin canlanması şərəfinə qeyd olunur.

Ənənəyə görə, Novruz bayramında tonqallar qalanır, müxtəlif şirniyyatlar bişirilir (şəkərbura, paxlava, qoğal), xonça bəzədilir, səməni qoyulur, yumurtalar boyanır.

Bayram süfrəsinə  isə xüsusi diqqət yetirilir.

Süfrənin bəzəyi, əlbəttə ki, bayram plovudur, ozü də plovun əsas novü olan-şah plov.

Plov və ya "Təmtəraqlı süfrələrin şahı" - Azərbaycan mətbəxinin əsas fəxridir. Bu milli təamın bir çox variantları vardır və ölkənin müxtəlif bölgələrində bu ləzzətli plov özünəməxsus qaydada bişirilir. Şah plovun əsas atributu  lavaşdan hazırlanan ləzzətli xırçıldayan qazmağıdır. Ən maraqlası isə odur ki, düyü bu qazmağın içərisində dəmlənir.

Minilliklərlə yoxlanılmış ətin, düyünün, kişmişin, qaysının xırtıldayan lavaşın içərisində birləşməsi Şərqin əsl qonaqpərvərliyini ortaya qoyur.

Şah plovun bütün incəliklərini öyrənmək üçün biz yerli bir evdar xanımı, o cümlədən ana və nənə olan Zeynəb xanıma müraciət etdik.