Türkiyədə əməliyyat: Çox sayda PKK mənsubu həbs olundu


Dünya 20 Mar 2019 10:40:00 200 0

Türkiyədə əməliyyat: Çox sayda PKK mənsubu həbs olundu

Türkiyənin Ankara və İzmir vilayətlərində PKK-ya qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, əməliyyat nəticəsində Ankarada PKK üzvü olduqları ehtimal edilən 9 nəfər, İzmirdə isə 10 nəfər saxlanılıb. Onlardan terrorçuluqda istifadə olunan ləvazimatlar götürülüb. Bildirilir ki, həbs edilən qruplar Novruz şənliklərində təxribat törətməyə hazırlaşırmışlar.