Cənubi Koreyada neft tankerində yanğın:


Dünya 20 Mar 2019 09:19:00 213 0

Cənubi Koreyada neft tankerində yanğın:

Cənubi Koreyanın sahil sularında neft tankerində baş verən yanğın nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin cənubunda sahildən 5 kilometr məsafədə hərəkət edən tankerdə yerli vaxtla səhər 5:40-da yanğın meydana gəlib. Köməyə gələn qüvvələr idarəetmə otağında iki heyət üzvünün cəsədini aşkarlayıblar. Ağır yanıq xəsarəti alan gəminin baş mühəndisi isə xəstəxanaya yerləşdirilib.

Yanğın vaxtı tankerdə 6 nəfərin olduğu bildirilir. Onlardan dördü yanğın baş verəndən dərhal sonra xilas ola bilib.