Eyni zamanda hər iki əli ilə müxtəlif portretlər çəkən qız


Digərləri 20 Mar 2019 07:32:00 308 0

Eyni zamanda hər iki əli ilə müxtəlif portretlər çəkən qız

Gənc niderlandlı rəssam Racatsenna Van Dam 16 yaşında dünya şöhrəti qazanıb. O, şəkil çəkməyi müstəqil öyrənib. İndi onun əsərlərinin hər biri min avroya satılır və rəssamlıq məktəblərində vəsait kimi istifadə olunur.

Racatsenna solaxaydır. Əvvəllər yalnız bir əli ilə şəkil çəkib, lakin sonra hər iki əlini işlətməyə başlayıb. Özü də eyni vaxtda iki müxtəlif tablo çəkməyi öyrənib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, gənc rəssam rəngli karandaşlarla və gel qələmlərlə tanınmış şəxsiyyətlərin, cizgi filmi qəhrəmanlarının və komiks personajlarının real portretlərini yaradır. Rəssamın iş prosesini göstərən video internetə yüklənəndən sonra o, bütün dünyada məşhurlaşıb.