Şəkər xəstələri üçün dərmanların alınmasına ayrılan vəsait 22 faiz artırılıb


Digərləri 20 Mar 2019 07:02:40 232 0

Şəkər xəstələri üçün dərmanların alınmasına ayrılan vəsait 22 faiz artırılıb

Şəkər xəstələri üçün dərmanların alınmasına ayrılan vəsait 22 faiz artırılıb.

Bakı. İlhamə İsabalayeva - Bu il şəkərli diabet xəstələri üçün dərmanların alınmasına ötən illə müqayisədə 8 milyon manat və ya 22,2 faiz çox maliyyə vəsaiti sərf ediləcək. Trend-in məlumatına görə, şəkərli diabet üzrə Dövlət Proqramına uyğun olaraq, bununla əlaqədar 2018-ci ilin dövlət büdcəsindən 36 milyon manat vəsait ayrılıb. Bu il isə Səhiyyə Nazirliyi tərəfindən bu dərmanların alınmasına 44 milyon manat sərf ediləcək.