Gəncədəki Şah Abbas məscidi həqiqətən Şeyx Bəhainin layihəsi ilə tikilib?


Digərləri 19 Mar 2019 23:15:00 313 0

Gəncədəki Şah Abbas məscidi həqiqətən Şeyx Bəhainin layihəsi ilə tikilib?

Miladi XVII əsrdə yaşamış "Şeyx Bəhai" ləqəbli Bəhaüddin Məhəmməd Amuli həm dini, həm də dünyəvi elmlər sahəsində misilsiz məharət sahibi kimi tanınmışdı. O, nüfuzlu dövlət xadimi və Şah Abbasın sevimli vəziri idi. İsfahandakı "yellənən minarələr" və bir şamla qızınan hamam da Şeyx Bəhainin layihəsi əsasında tikilmişdir.

Son.az islam.az-a istinadən bildirir ki, onun layihəsi əsasında min tikilinin inşa edildiyini yazırlar ki, bunlardan biri də Gəncə şəhərindəki Şah Abbas məscididir. Bu məscidin 400 illik minbəri mismarsız şəbəkə üsulu ilə hazırlanmışdır. Məscidin həyətindəki mədrəsədə vaxtilə Mirzə Şəfi Vazeh dərs demişdir. Maraqlıdır ki, hər gün zöhr vaxtı məscidin qərb divarının kölgəsi tamamilə itir, bununla da namaz vaxtının girdiyi bilinir.