Paşinyan “Putinin NATOsu”na faciəvi ssenari yazdı:


Dünya 19 Mar 2019 22:56:00 199 0

Paşinyan “Putinin NATOsu”na faciəvi ssenari yazdı:

Ermənistanın razılığı olmadan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi təyin edilməyəcək.

Son.az publika.az-a istinadən xəbər verir ki, belə bəyanatla ölkənin baş naziri Nikol Paşinyan çıxış edib.

"Ermənistanın razılığı olmadan yeni baş katib təyin edilə bilməz, əks təqdirdə bu, onu bildirəcək ki, bu struktur mövcud deyil. Bu məsələ təşkilatın üzvləri (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan -red.) tərəfindən müzakirə edilir", - Paşinyan deyib.

Baş nazirin sözlərinə görə, İrəvanın mövqeyi ondan ibarətdir ki, erməni baş katibinin səlahiyyətlərinin vaxtından əvvəl dayandırmasından sonra bu post Ermənistanda qalmalıdır.