Yumurta qabığından enerji yığmaq mümkün oldu


Digərləri 19 Mar 2019 22:40:00 212 0

Yumurta qabığından enerji yığmaq mümkün oldu

Bioloji tullantı olan toyuq yumurtası qabıqlarının enerji yığmada istifadə edilə biləcəyi sübut edildi. Bu maraqlı kəşf, Karlsruh Texnologiya İnstitutunun da daxil olduğu beynəlxalq bir araşdırma birliyi tərəfindən həyata keçirildi.

Toyuq yumurtası qida, dərman və emalat sənayesində dünya səviyyəsində yüksək miqdarda istifadə edilir. Bununla birlikdə, yumurtaları istifadə etdikdən sonra qabıqlar zibil sahələrinə bioloji tullantı olaraq atılır. Yumurta qabığı, kalsium karbonat birləşməsindən ibarətdir (CaCO3) və zülal baxımından zəngin bir pərdəni daxilində saxlayır.

Son.az deyerler.org-a istinadən bildirir ki, Karlsrue Texnologiya İnstitutu (QIT) tərəfindən qurulan Helmholtz İnstitutundan professor Maksimilian Fixtner bu barədə belə dedi: "Təəccübləndirici bir formada təbii maddələrin elektrokimyəvi yığma sistemlərinə vasitə çıxarmaqda məhsuldar olduğunu göstərən çox sayda yeni nümunə var".