Novruzda damdan atılan duz və Bahar qız haqqında maraqlı məlumatlar


Digərləri 19 Mar 2019 22:34:00 237 0

Novruzda damdan atılan duz və Bahar qız haqqında maraqlı məlumatlar

Bu gün ilaxır çərşənbə - torpaq çərşənbəsidir.

Sabah isə ölkədə Novruz Bayramı qeyd ediləcək. Bu bayramın gəlişi baharın gəlişi deməkdir. Novruzdan əvvəl isə bərəkətlilik simvolu sayılan dörd çərşənbə - Su, Od, Yel, və torpaq qeyd edilir.

Sonuncu çərşənbə xüsusilə fərqlənir. İnanclara görə, bu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.

Son.az oxu.az-a istinadən bildirir ki, folklorşünas alim Məhəmməd Məmmədov Torpaq çərşənbəsi barədə danışıb.

Onun sözlərinə görə, "Çərşənbə" sözü farsca hərfi mənada "çaharşənbə" yəni, "dörd şənbə" mənasını verir:

"Bu çərşənbədə evin damına buğda atır, un çuvalının ağzını açıq qoyarlar ki, həmin evin bərəkəti olsun. Torpaq çərşənbəsində insanlar bulaq başına gedir və suya salam verərək köhnə ilin çətinliklərini, ağırlıqlarını özlərindən uzaqlaşdırırlar. Bununla da Novruza xoşbəxt əhval-ruhiyyədə, kədərdən uzaq daxil olurlar.

Eyni zamanda, axır çərşənbə axşamında bir neçə parça kömürü, bir ovuc duzu, bir-iki dənə qara pulu bir kuzəyə qoyub damdan atarlar. Bunun mənası onunla izah edilir ki, kömür qara günün, duz şorgözlüyü, qara pul isə yoxluğun nişanəsidir. Onları kuzəyə qoyub damdan atmaqda məqsəd qara gündən, acgözlükdən, şörgözlükdən qurtulmaq inamı ilə bağlıdır".