Hamilə qadınlar qəbiristanlığa getməsin! –


Digərləri 19 Mar 2019 22:25:00 186 0

Hamilə qadınlar qəbiristanlığa getməsin! –

Hamiləlik vacib və xüsusi zaman intervalıdır. Hər qadın ana olmağı arzulayır. Hamiləlik dövüründə qadınlar hər şeyə diqqətlə yanaşır, özlərini baş verə biləcək bütün təhlükələrdən qorumağa çalışırlar.

Elə buna görə də bəzi insanlar batil inanclardan da mədət umur.

Son.az medicina.az-a istinadən dünyanın hər yerində olan batil inancları araşdırıb.   Ana olmaq olduqca məsuliyyətlidir. Analıq hissini izah etmək mümkünsüzdür. Hər bir qadın övladı bətninə düşüdüyü andan etibarən onu qorumağa çalışır. Hətta bəzən qoruma instinkti ifrat dərəcəyə çatır. Belə ki, batil inanclarla da uşaqlarını qoruyacaqlarını düşünürlər.

Batil inanclar

Hamiləlik zamanı balıq yeyilsə, uşağın ağız forması balığa bənzəyə bilər və yaxud gec dil açar

Bəzi balıq növlərində parazit və müxtəlif bakteriyalar olur. Bu da uşaqlarda dil açmağın ləngiməsinə yol açır. Hamilə olan xanımlar yüksək temperaturda bişirilmiş və yaxud dondurulmuş balığı rahatlıqla yeyə bilər. Lakin Akula, qılıncbalığı və ya marlin balığı yemək qadağandır. Bu balıqların ətlərində təhlükəli miqdarda təbii civə var. Tuna balığının ətində də müəyyən miqdarda civə var, ona görə də bu balıqdan hazırlanmış konservləri çox yemək olmaz. İkidən çox təzə steyk də yemək tövsiyə edilmir.

Nərdivanın altından keçsəniz uşaq arıq olar

Batil inanclar Avropada da yayılıb. Divara söykənmiş nərdivan üçbucaq formalaşdırır. Bu bucaqdan keçən qadının həmin bucaqları sındıracağına inanılır. Həmçinin bu vəziyyətin ona bəla gətirəcəyi, doğulacaq körpəsinin problemləri olacağına inanılır. Lakin nərdivanlardan uzaq durmağın daha məntiqli açqılaması var. Divara söykənən nərdivanın hər an aşma təhlükəsi olduğu üçün məqsəd hamilə xanımları həmin ərazidən uzaqlaşdırmaqdır.